0
Monday 26 August 2013 - 00:11

Tale Bağırzadə sensasiya yaradıb

Story Code : 295655
Tale Bağırzadə sensasiya yaradıb
Tale Bağırzadə sensasiya yaradıb
Vəkilin sözlərinə görə, Tale Bağırzadə müstəntiqləri ilə ünsiyyətdə imkan olduğu qədər onları səhv yoldan çəkindirən söhbətlər edir. Bu yöndə söhbətlərdən biri də müstəntiq Vüsal Salehovla aparılıb. Tale Bağırzadə ona peyğəmbərin, imamların həyatından, İslam ehkamlarından danışıb, çoxlu hədislər söyləyib. Söhbət nəticəsiz qalmayıb. Vüsal Salehov ərizəsini yazıb, orqanlardan könüllü çıxıb. Vəkilin məlumatına görə, müstəntiq işdən çıxmaqla bəzilərinin öz yaramazlığına haqq qazandırmaq üçün istifadə etdiyi şəraitlə də (işsiz qalmaq, ailəsini dolandıra bilməmək kimi) üzləşməyib. Keçmiş müstəntiq özünə yeni iş tapıb, ailəsini halal yolla dolandırır. “Onun yerinə çox şad oldum. Allah bütün məmurlara bunu qismət eləsin. Bu sistemdə dövlət məmuru olmaq özünü həlak etmək deməkdir”, – deyə Cavadov bildirib.
Tale Bağırzadə barədə ikinci xəbər isə xoşagəlməzdir – onu növbəti dəfə “karsa” salıblar. Ruhanının hüquqlarını müdafə komitəsinin verdiyi məlumata görə, şənbə günü Tale Bağırzadə karsa salınıb. Bu cəzanın nəyə görə verildiyini avqustun 26-da vəkil görüşərək aydınlaşdıracaq.(azadlıq)
Source : Azadliq
Comment