0
Tuesday 27 August 2013 - 10:31

Suriyaya dair ABŞ-Rusiya danışıqları təxirə salınıb

Story Code : 295903
Suriyaya dair ABŞ-Rusiya danışıqları təxirə salınıb
APA-nın məlumatına görə, Dövlət Departamentindəki mənbələr bu qərarı Suriyada kimyəvi silah tətbiqinə cavaba dair məsləhətləşmələrin davam etməsi ilə əsaslandırıblar. Onlar qeyd ediblər ki, söhbət Suriyaya dair sülh konfransına hazırlıqla bağlı danışıqların təxirə salınmasında deyil, vaxtının dəyişdirilməsindən gedir.
 
Qeyd edək ki, ABŞ rəsmiləri Dəməşq yaxınlığında kimyəvi silah tətbiqinin hökumət qoşunları tərəfindən həyata keçirildiyini iddia edir. ABŞ yaxın günlərdə Suriyada kimyəvi silah tətbiqinə dair yeni sübutları açıqlayacağını vəd edirdi. Amma Suriya dövləti ötən gün silahlı terroristlərə məxsus çox sayda kimyəvi silah əldə edib. Bundan əlavə Rusiya bildirib ki, onlarda Suriyada kimyəvi silahlardan silahlı müxalifətin istifadə etdiyini sübuta yetirən peykdən çəkilmiş görüntülər var.
Comment