0
Tuesday 27 August 2013 - 17:57

İran AEBA-da yeni daimi nümayəndə təyin edib

Story Code : 296106
İran AEBA-da yeni daimi nümayəndə təyin edib
APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, İran prezidenti Həsən Ruhani xarici işlər naziri Məhəmməd Cavad Zərifin təklifi ilə Rza Nəcəfini bu posta təyin edib.
 
Qeyd edək ki, R. Nəcəfi bundan əvvəl müxtəlif vəzifələrdə, o cümlədən İran Xarici İşlər Nazirliyinin beynəlxalq və siyasi məsələlər departamentində direktor müavini, bu qurumun beynəlxalq təhlükəsizlik və tərksilah bölməsinin rəhbəri, eyni zamanda Nyu-Yorkda İranın BMT-nin Tərksilah Komissiyasındakı nümayəndəsi və məsləhətçisi, Haaqada İranın Kimyəvi silahların qadağan edilməsi Təşkilatındakı daimi nümayəndəsinin canişini olub. O, tərksilah və beynəlxalq təhlükəsizlik sahəsində təcrübəli diplomatdır.
 
R. Nəcəfi bu vəzifədə Əli Əsgər Sultaniyəni əvəz edəcək.
Comment