QR CodeQR Code

İordaniyada Suriyaya müdaxiləyə qarşı etirazlar baş qaldırıb

28 Aug 2013 13:23

IslamTimes - İngiltərə diplomatik mənbələrindən biri kral 2-ci Abdullahın 4 yüksəkrütbəli hərbiçini istefaya göndərməsi xəbərini yayıb.


"IslamTimes" xəbər verir ki, İngiltərə diplomatik mənbələrindən biri kral 2-ci Abdullahın 4 yüksəkrütbəli hərbiçini istefaya göndərməsi xəbərini yayıb. Bu rəsmilər Suriyaya qarşı hərbi əməliyyata qarşı olduqları üçün cəzalandırılıblar. Onlar bildirib ki, İordaniya ABŞ-la Ərəbistanın birgə hazırladığı fitnəkarlığa qoşulmamalıdır.
 
İngiltərəli mənbənin bildirdiyinə əsasən, kənarlaşdırılmış 4 hərbiçidən 2-si Suriyadakı rəsmilərə bu ölkəyə ehtimal olunan hücum planı ilə bağlı mühüm məlumatlar ötürüblər. 
 
Vəzifəsindən uzaqlaşdırılmış 4 rəsmi Suriya böhranı başlayan ilk gündən kral ikinci Abdullaha tövsiyə ediblər ki, ABŞ və Fars körfəzi ölkələrinin təzyiqləri qarşısında Suriyaya müdaxilə ilə razılaşmasın. 
 
Xatırladaq ki, yerli əhali özü də ikinci Abdullahın Suriyayaa qarşı hərbi əməliyyatlara dəstək verməsinə qarşı olduğunu bildirib.


Story Code: 296335

News Link :
https://www.islamtimes.org/az/news/296335/iordaniyada-suriyaya-müdaxiləyə-qarşı-etirazlar-baş-qaldırıb

Islam Times
  https://www.islamtimes.org