QR CodeQR Code

DİNDARLAR ƏLEYHİNƏ YALANÇI ŞAHİDLƏR

Faktxəbər.com , 30 Jun 2010 23:28

Bu gün Yasamal RM-də dindarların işi üzrə məhkəmə prosesi keçirilib.


Hakim Elçin Qurbanovun sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı, ittiham olunanların vəkilləri və zərərçəkmiş qismində polis şahidləri və təqsirləndirilənlərin bir şahidi iştirak edib.

Qeyd edək ki, zərərçəkmiş kimi polis əməkdaşlarından 3 nəfər məhkəmədə təqsirləndirilən şəxslərin onları döydüyünü bildiriblər.

Eyni zamanda təqsirləndirilən tərəfdən çıxış edən şahid isə həbsdə olan 5 nəfərin hadisə baş verən zaman heç kimə xəsarət yetirmədiyini və ümumiyyətlə dava etmədiyini bildirib.

Xatırladaq ki, fevralın 13-də Məhəmməd Peyğəmbərin (s) vəfatı ilə əlaqədar Hacı Sultanəli məscidində əzadarlıq keçirdikdən sonra Xocalı fəciəsinin ildönümü münasibətilə Şəhidlər Xiyabanını ziyarət etmək istəyərkən polis zorakılığına məruz qalmış və dindardan 5 nəfəri polis tərəfindən döyülərək həbs edilmişdir.

Barəsində iki aylıq həbs-qətimkan tədbiri seçilmiş 5 nəfər dindarın (Elmar Səmədov, Elçin Abbasov, Seynur Hüseynov, Ağaəli Yəhyayev və Bilal Əhmədovun) növbəti məhkəmə prosesi iyul ayının 6-ı saat 10 :00-da başlayacaq.


Story Code: 29674

News Link :
https://www.islamtimes.org/az/news/29674/dindarlar-əleyhinə-yalançi-şahidlər

Islam Times
  https://www.islamtimes.org