0
Friday 30 August 2013 - 15:37

Fransa terroristləri dəstəkləməkdə davam edir

Story Code : 297019
Fransa terroristləri dəstəkləməkdə davam edir
FaktXəbər-in verdiyi məlumata görə, Fransa prezidenti Fransua Olland Suriyada hərbi əməliyyatların çərşənbə günündən əvvəl başlaya biləcəyini açıqlayıb. Fransua Olland "Le Monde" qəzetinə müsahibəsində bildirib ki, Suriyaya hərbi müdaxilə Fransada parlamentin  təcili olaraq toplanacağı çərşənbə günündən əvvəl reallaşa bilər.
 
Qeyd edək ki, Fransa prezidenti həmçinin deyib ki, ölkəsi İngiltərə olmadan belə Suriyadakı əməliyyatlarda iştirak etməyi düşünür. Maraqlıdır ki, rəsmi Paris Malidə hökuməti dəstəkləyərək terrorçulara qarşı əməliyyatlar keçirsə də, Suriyada silahlı qruplaşmaları silah və maliyyə ilə təmin etməkdədir.
 
Bu arada Rusiya Hərbi Dəniz Qüvvələrinin "Admiral Kuzneçov" adlı gəmisi Suriyanın Tartus bazasına tərəf yollanır. Hərbi gəmi "Su-33" qırıcı, "Su-25" bombardmaçı təyyarələrini və "Ka-27" sudan müdafiə helikopterlərini daşıya bilir.
Comment