QR CodeQR Code

Səudiyyə kəşfiyyat rəisi Britaniyanın Suriya mövqeyini alqışlayıb

İslamtimes , 26 Aug 2013 18:18

İslamtimes - Səudiyyənin kəşfiyyat rəhbəri Bəndər bin Sultan Britaniyanın Mİ6 kəşfiyyat idarəsinin rəhbəri Robert Savers ilə gizli görüşdə Riyadın Suriyadakı vətəndaş müharibəsindəki roluna aydınlıq gətirmiş və Londona bu yolda strateji dəstək üçün təşəkkür etmişdir.


Fars Xəbər agentliyinin adını açıqlamadığı mənbəyə istinad edərək deyib: “Görüşdə Səudiyyə kəşfiyyat xidmətinin rəhbəri Saverə Riyadın Suriyadakı son planları haqqında məlumat vermiş və demişdir ki, Riyad Türkiyə vasitəsilə üsyançılara 400 ton silah-sursat verib.”

Mənbə şahzadə Bəndərə istinad edərək deyib: “Biz Suriya ordusunu vətəndaş müharibəsinə sürüklədik və əlbəttə ki, bu strateji missiya sizin (Mİ6) əməkdaşlığınız olmadan həyata keçirilə bilməzdir.”

Məlumata əsasən Səudiyyə Milli Təhlükəsizlik Şurasının rəhbəri həmçinin qeyd edərək bildirib ki, onun ölkəsi sələfi və digər ekstremist döyüşçüləri Suriyaya regionda olan müxtəlif müsəlman qruplar arasında ixtilaf yaratmaq üçün onların dini rəhbərlərini qətlə yetirmək üçün göndərir.

Mənbə deyib: “Şahzadə həmçinin Səudiyyənin Suriyadakı planları haqqında məlumat vermiş və demişdir ki, sələfilər də daxil olmaqla ekstremist qruplar Suriya müharibəsinə qoşulmuş və orada xeyli insan qətlə yetirmiş və Hizbullahın radikal sünni müsəlmanlar ilə münaqişəyə girməsinə nail olmuşdur.”

Şahzadə Bəndər həmçinin Saveri əmin edərək deyib ki, Suriyadakı muzdlu ekstremsitlərin hamısı nəzarət altındadır və onlar heş vaxt Səudiyyə Ərəbistanına və onun müttəfiqlərinə qarşı çıxmazlar.


Story Code: 297328

News Link :
https://www.islamtimes.org/az/news/297328/səudiyyə-kəşfiyyat-rəisi-britaniyanın-suriya-mövqeyini-alqışlayıb

Islam Times
  https://www.islamtimes.org