0
Sunday 1 September 2013 - 13:14

ABŞ-ın hava hücumu sələfi terrorçuları qorxuya saldı

Story Code : 297519
ABŞ-ın hava hücumu sələfi terrorçuları qorxuya saldı
Azadxeber.net internet qəzeti Lenta.ru-ya istinadən xəbər verir ki, üsyançılarla eyni cəbhədə Suriya ordusuna qarşı döyüşən sələfi terrorçular öz qərargahlarını, silah bazalarını və digər vacib obyektlərin yerlərini dəyişirlər. Buna səbəb amerikalıların hava hücumundan qorxmalarıdır.
 
Suriyanın şimalındakı bəzi  sələfi terrorçu liderləri dağlara çəkilməyə başlayıb. 
Baxmayaraq ki, ABŞ sələfi terrorçu liderlərini zərbələr endirməyi elan etməyib, terrorçular arasında şayihələr yayılb ki, Suriya ordusuna qarşı vurulan hər bir raketin müqabilində başqa bir raketdə sələfi terrorçuların mövqeyinə vurulacaq. 
 
“Fateh əl-İslam” terrorçu dəstəsi xüsusi təlimat dərc etdirib ki, bu təlimata əsasən daim yerdəyişmələr etmək, gizli sığınacaqlardan və s. istifadə etmək  qeyd olunur. Terrorçu liderlərə isə mobil telefondan istifadə etməmək məsələhət olunur.
Comment