QR CodeQR Code

İran 2012-ci ildə kimyəvi silahlarla bağlı ABŞ-a xəbərdarlıq edib

1 Sep 2013 13:22

IslamTimes - İran suriyalı üsyançılarda kimyəvi silahın olması barədə 2012-ci ildə ABŞ-ı rəsmi xəbərdar edib.


Tehran ABŞ-ı suriyalı üsyançılarda kimyəvi silahın olması barədə hələ 2012-ci ildə Vaşinqtonu rəsmi xəbərdar edib.
 
APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bunu Dəməşqdə rəsmi səfərdə olan İran parlamentinin nümayəndə heyətinin rəhbəri Əlaiddin Brucerdi bəyan edib.  
 
“Biz Suriyadakı terrorçu qruplaşmalarda kimyəvi silahın olması barədə keçən il ABŞ-ı rəsmi məlumatlandırmışdıq, lakin, təəssüf ki, ABŞ bu xəbərdarlığa əhəmiyyət vermədi. İran İslam Respublikası adından biz Suriyaya qarşı hər hansı hücumun və müharibənin əleyhinəyik”, deyə  Əlaiddin Brucerdi bildirib.
 
Əlaiddin Brucerdi həmçinin bildirib ki, “İran terrorçu qruplaşmaların Suriyanın dinc əhalisinə qarşı kimyəvi silahdan istifadə etməsini qəti pisləyir”.


Story Code: 297523

News Link :
https://www.islamtimes.org/az/news/297523/iran-2012-ci-ildə-kimyəvi-silahlarla-bağlı-abş-a-xəbərdarlıq-edib

Islam Times
  https://www.islamtimes.org