0
Friday 30 August 2013 - 15:18

Cəmil Bayık, Fətullah Gülən Camaatını CIA ilə əməkdaşlıq etməklə ittiham etdi.

Camaatı çox hirsləndirəcək bu bəyanatları BBC-yə söylədi.
Story Code : 297569
Cəmil Bayık, Fətullah Gülən Camaatını CIA ilə əməkdaşlıq etməklə ittiham etdi.
Cəmil Bayık, Fətullah Gülən Camaatını CIA ilə əməkdaşlıq etməklə ittiham etdi.
Müsahibəsində birbaşa Fətullah Gülən camaatını (nurçuları) həll prosesini sabotaj etdiyini söylədi.
BBC-yə danışan Cəmil Bayık müsahibəsinin üçüncü hissəsində Fəthullah Gülən və camaatına bağlı Kandilin dünyagörüşünü müzakirəyə çıxardı.
Bayık Fətullah Gülən Camaatının İslam coğrafiyasında keçmişdən bu günə uzanan bir missiyasının olduğu, o çərçivədə fəaliyyətlərini davam etdirdiyini söyləyərək bunları qeyd etdi:

ÖREN və Gülənin Təşkilatı
“Türkiyədə ilk kommunizmlə mübarizə təşkilatını quran Enver Ören və Fəthullah Güləndir. Bu təşkilatları CIA Sovet İttifaqı və Türkiyədə solçulara qarşı tədbir olaraq yaratdı.

İqtidar İSLAMI strategiyasına KEÇİD
Sovet İttifaqı dağıldıqda kapitalist modernist sistem tərəfindən yeni bir strategiya inkişaf etdirildi: İqtidar İslamı strategiyası. Bu Fəthullah Gülən əliylə reallaşdırılır. Bu gün kapitalist modernist sistem, onun vurucu gücü NATO Orta Şərq və Orta Şərqin ətrafında bu strategiyanı tətbiq edir. Bununla öz hegemoniyasını qurmaq istəyir.

Camaatın QHT aldatmacası

Dərin dövlət NATO-nun strategiyalarına görə şəkillənir. Bu strategiyanın ideoloji liderliyini də Fəthullah Gülənin təşkilatlanması edir. Özünü bir qeyri-hökumət təşkilatı kimi göstərir. Bu bir aldatmacadır. Tamamilə o strategiyanın ideoloji liderliyini edir.

Fətullah Gülən Camaatı sülh prosesinə QARŞI
Bayık Fətullah Gülən Camaatının sülh prosesinə də qarşı olduğunu düşünür:
“Açıqca qarşısında dayanır və sabotaj etməyə çalışır. Hətta hökumətə bunu söyləyir: Niyə PKK ilə həll masasına oturursan? Son vermək lazımdır.”

BBP-dən camaat istifadə edir

Bayık BBP-nin (Böyük Birlik Partiyası) Gülən Camaatı tərəfindən istifadə edildiyini də iddia edir.
Bayıka görə Fətullah Gülən Camaatı və BBP arasında 12 Sentyabrdan öncəki dövrdə MHP və Ülkü Ocaqları arasında olana bənzər bir əlaqə var.
Cəmil Bayık əlində Gülən Camaatı ilə əlaqədar önəmli sənədlər olduğunu da iddia etdi və bunları mətbuat orqanlarına verməyə hazır olduqlarını söylədi.
Source : İslamtimes
Comment