0
Thursday 29 August 2013 - 15:24

Ərdoğan Suriyaya “daha böyük əməliyyat” istəyir

Story Code : 297571
Ərdoğan Suriyaya “daha böyük əməliyyat” istəyir
Ərdoğan Suriyaya “daha böyük əməliyyat” istəyir
Çankaya Köşkündə təşkil edilən 30 avqust konfransında jurnalistlərin suallarını cavablayan baş nazir Ərdoğan “məhdud əməliyyat bizi təmin etməz” dedi.
Mümkün Suriya əməliyyatı mövzusunda dəyərləndirmə edən Ərdoğan “Kosovadakı kimi olmalıdır. Müdaxilə 1-2 günlük vur-çıx deyil, rejimi dəyişmə nöqtəsinə gətirmək lazımdır” ifadələrini istifadə etdi.
ABŞ xarici işlər naziri Con Kerrinin şərhləri ilə bağlı dəyərləndirmə edən Ərdoğan: “Kerrinin şərhlərinə baxılırsa, G-20 öncəsi müdaxilə ola bilər” dedi.

“İzn olmasa da olar”

İzn aktı müzakirələrinə də toxunan Ərdoğan: “İzn aktına bu anda ehtiyacımız yoxdur. 4 Oktyabra qədər. Bu anda Məclis onsuz da tətildədir. Fövqəladə yığıncağa ehtiyac olarmı, olmazmı bunu hörmətli prezidentimizlə görüşərik. Məclisin bağlı olduğu dövrdə prezidentimizin səlahiyyəti var” dedi.
Source : İslamtimes
Comment