QR CodeQR Code

Müdafiə Naziri: Britaniya Suriya müharibəsində iştirak etməyəcək

İslamtimes , 1 Sep 2013 15:53

İslamtimes - Britaniyanın müdafiə naziri Filip Hammond bəyan edərək bildirib ki, onun ölkəsi Suriyaya qarşı mümkün hərbi hücum əməliyyatında iştirak etməyəcək.


Hammond deyib: “Mən ümid edirdim ki, biz iştirak edəcəyik, ancaq başa düşdük ki, Yaxın Şərqdə baş verəcək müharibə haqqında dərin şübhələr var.”
O əlavə edərək deyib: “Biz əsas müttəfiqimiz olan ABŞ Britaniyanın hərbi hücumda iştirak etmədiyini bildikdə təəssüflənəcək, ancaq mən hesab edirəm ki, Britaniyanın iştirak etməməsi hərbi əməliyyatda heç bir şeyi dəyişməyəcək.”
Parlamentin xüsusi iclasında yeddi saatdan çox çəkən müzakirələrdən sonra 285 millət vəkilindən 272-si hökumətin Suriyaya 21 avqust tarixində yüzlərlə insanın həlak olmasına səbəb olan kimyəvi silahdan hücum səbəbi ilə hərbi müdaxilədə iştirak etməməsi haqqında səs verib.
Hammond deyib ki, daha geniş münaqişəyə cəlb olunmaq və 10 il bundan əvvəl Britaniyanın İraq müharibəsində iştirakının qanuni tərəfinin çatışmazlığı parlamentin bu qərara gəlməsinə səbəb olub.
O deyib: “Əlbəttə ki, bu qərar ABŞ ilə münasibətlərdə müəyyən soyuqluq yaradacaq. Amerikalılar parlamentin iş prinsipini dərk edirlər. Ola bilər ki, onlar parlamentdə bu qədər müxalifin olmasından təəccübləniblər.”
O əlavə edərək deyib ki, yəqin ki, Suriya hökuməti Britaniyanın bu qərarının alqışlayacaq.


Story Code: 297583

News Link :
https://www.islamtimes.org/az/news/297583/müdafiə-naziri-britaniya-suriya-müharibəsində-iştirak-etməyəcək

Islam Times
  https://www.islamtimes.org