0
Sunday 1 September 2013 - 17:22

Qərbin Suriyada kimyəvi silahdan istifadəyə dair sübutları

Story Code : 297590
Qərbin Suriyada kimyəvi silahdan istifadəyə dair sübutları
"IslamTimes" "Monitorinq"ə istinadən xəbər verir, "Al-Minar" kanalı bildirib ki, İngiltərə Kəşfiyyat Agentliyinin (MI6) Suriyada hökumət qüvvələrinin kimyəvi silahdan istifadə etməsi ilə bağlı dəlilləri əsassızdır.
 
MI6-nın İngiltərə Parlamenti və digər orqanlara təqdim etdiyi dəlillər lentə alınmış telefon danışığı və Suriya hökumətinə qarşı vuruşan terroristlərin nəzərlərindən ibarətdir. Onlar heç bir əsaslı sübut ortaya qoya bilməyiblər.
 
Əl-Minar bildirib ki, bu dəlillərdən bir çoxunu əldə edib və məlum olub ki, uyğun sənədlər ABŞ ixtiyarında olan sənədlərlə təqribən eynidir. ABŞ məhz uyğun gülünc sənədlərə istinadla Suriyaya hücum etməyin zəruriliyi ilə bağlı nəticə çıxarıb. 
 
ABŞ bundan öncə bildirmişdi ki, onlar bir şəxsin telefon danışığını dinləyiblər və o şəxs kimyəvi silahlarla hücumdan söz açıb. Ağ Ev iddia edir ki, bu fərd Suriya ordusunun komandirlərindən biridir. Amma rəsmi Dəməşq bildirib ki, bu səs yazısı saxtadır və Tel-Əviv tərəfindən Vaşinqton rəsmilərinə ötürülüb.
Comment