QR CodeQR Code

“Mən Obamaya sülh məktubu göndərmişəm“

2 Sep 2013 08:42

IslamTimes - Venesuela prezidenti Nikolas Maduro ABŞ prezidenti Barak Obamaya Suriyada sülhün bərpa olunması ilə bağlı məktub göndərib.


Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, Venesuela prezidenti ABŞ-ı Suriyaya hərbi müdaxilədən çəkinməyə çağırıb.
 
"Mən prezident Obamaya sülh məktubu göndərmişəm. Vətənimiz və müstəqil nümayəndələrimiz adından göndərdiyim məktubda insanlığı sevdiyimiz haqqında qeyd etmişəm. Sülh, sülh!" - deyə Maduro Twitter səhifəsində yazıb.
 
Qeyd edək ki, Venesuela prezidenti ötən həftə söz vermişdi ki, belə bir məktub göndərəcək. Onun fikrincə, Suriya problemi suriyalılar tərəfindən həll edilməlidir. /AzNews/


Story Code: 297728

News Link :
https://www.islamtimes.org/az/news/297728/mən-obamaya-sülh-məktubu-göndərmişəm

Islam Times
  https://www.islamtimes.org