QR CodeQR Code

Netanyahu: İsrail Suriyada hər bir ssenariyə hazırdır

İslamtimes , 2 Sep 2013 15:39

İslamtimes - Sionist baş naziri Benyamin Netanyahu bazar günü ABŞ prezidenti Barak Obama Suriyaya hücumu təxirə saldıqdan sonra bəyan edərək bildirib ki, İsrail Suriyada hər bir mümkün ssenariyə hazırdır.


O nazirlərin həftəlik kabinet iclası zamanı deyib: “İsrail çox sakitdir və özündən əmindir. İsrail vətəndaşları bilir ki, biz hər bir mümkün ssenariyə hazırıq.”

Netanyahu deyib: “Bizim düşmənlərimiz gücümüz və qüdrətimizə çox yaxşı bələddirlər. Bu səbədən onlar bizim gücümüzü yoxlamağa cəhd etməzlər.”

O daha sonra deyib: “Onlar bizim gücümüzü yoxlamağa qalxdıqları təqdirdə bizim gücümüzü görəcəklər.”

Ancaq İsrailin yaxın bir neçə il ərzində apardığı müharibələr zamanı Hizbullah müqavimət hərəkatı və Fələstin müqavimət hərəkatı sübut etdi ki, İsrailin müdafiə qabiliyyəti deyildiyi qədər güclü deyil.


Story Code: 297834

News Link :
https://www.islamtimes.org/az/news/297834/netanyahu-israil-suriyada-hər-bir-ssenariyə-hazırdır

Islam Times
  https://www.islamtimes.org