QR CodeQR Code

Nobel sülh mükafatçısı Obama Suriyaya hücumdan əvvəl qurbanlar haqqında firkiləşməlidir

İslamtimes , 2 Sep 2013 15:51

İslamtimes - Rusiya prezidenti Vladimir Putin Amerikalı tərəf müqabili Barak Obamaya səslənərək deyib ki, unutma ki, sən Nobel Sülh Mükafatçısısan.


Putin Suriyaya hücumdan əvvəl dərin düşünməyə ehtiyac olduğunu deyərək bildirib: “Mən Nobel Sülh Mükafatı qalibi olan Obamaya demək istəyirəm ki, Suriyaya hərbi hücum etməzdən əvvəl bu hücumun səbəb olacağı qurbanlar haqqında fikirləş.”

Rusiya prezidenti əlavə edərək deyib: “Adi ağıl deyir ki, Suriya hökumət qüvvələrinin üstünlük əldə etdiyi bir vaxtda daim ölkəyə hərbi hücum edilməsinə çalışanlara qələbə qazandırmaq mənasızdır və heç bir məntiq ilə uyğun gəlmir.”

O bəyan edərək deyib: “Mən əminəm ki, bu digər ölkələri də Suriya münaqişəsinə cəlb etmək üçün və beynəlxalq cəmiyyətin, məxsusən də ABŞ-ın dəstəyini qazanmaq üçün bəzi düşmənlər tərəfindən cızılmış bir plandır.”


Story Code: 297840

News Link :
https://www.islamtimes.org/az/news/297840/nobel-sülh-mükafatçısı-obama-suriyaya-hücumdan-əvvəl-qurbanlar-haqqında-firkiləşməlidir

Islam Times
  https://www.islamtimes.org