QR CodeQR Code

Siyasi analitik: ABŞ və İsrail Rusiyanı Yaxın Şərq regionundan kənarlaşdırmaq istəyir

İslamtimes , 3 Sep 2013 17:08

İslamtimes - Glenn deyib ki, Vaşinqtonun Suriyaya qarşı təhdidi rusların yenidən regiona qayıtmamasına əmin olmaq üçün həyata keçirilən uzun müddətli layihənin tərkib hissəsidir.


Press TV-yə müsahibə verən siyasi şərhçi deyib ki, Suriyaya qarşı hərbi hücum planı ABŞ və İsrailin Rusiyanın Yaxın Şərqdə nüfuzunun artmasının qarşısını almaq üçün cızılmış planıdır.

Yazıçı və jurnalist olan Mark Glen deyib: “Regionun tarixini, məxsusəndə son 50 illini araşdıran hər bir kəs yaxşı bilir ki, bu illər ərzində Qərb və Rusiya arasında regionda nüfuz dairəsi yaratmaq uğrunda mübarizə gedir.”

21 Avqust tarixində Suriya daxilində fəaliyyət göstərən təkfirçi qruplar və xaricdən dəstək alan Suriya müxalifəti hökumət qüvvələrini Dəməşq ətrafında yüzlərlə insanın həlak olmasına səbəb olan kimyəvi silahdan istifadədə ittiham etdilər.

Suriya hökuməti qəti olaraq bu ittihamı rədd etmiş və bunu ölkəyə qarşı növbəti təxribat adlandırmışdır. Vaşinqton Suriyaya hərbi müdaxiləni təşkil etmək üçün bu bəhanədən istifadə etmək istəyir.

ABŞ prezidenti Barak Obama deyib ki, o Suriyaya hücum haqqında qərara gəlib və indi Konqresin razılığını almaq istəyir. Ancaq konqres tətildə olduğundan bu hadisə 9 sentyabr tarixindən tez bir zamanda baş verə bilməz.

ABŞ-ın İraqı işğalına toxunan Glenn deyib ki, Vaşinqtonun Suriyaya qarşı təhdidi rusların yenidən regiona qayıtmamasına əmin olmaq üçün həyata keçirilən uzun müddətli layihənin tərkib hissəsidir.

Siyasi şərhçi hər halda əlavə edərək deyib ki, Moskva regionda öz maraqlarını qorumaqda qəti olduğundan Rusiyanın region üçün fərqli planı var.


Story Code: 298220

News Link :
https://www.islamtimes.org/az/news/298220/siyasi-analitik-abş-və-israil-rusiyanı-yaxın-şərq-regionundan-kənarlaşdırmaq-istəyir

Islam Times
  https://www.islamtimes.org