0
Wednesday 4 September 2013 - 14:30

Rusiya xəbərdarlıq etdi: Türkiyəyə getməyin

Story Code : 298514
Rusiya xəbərdarlıq etdi: Türkiyəyə getməyin
Rusiya xəbərdarlıq etdi: Türkiyəyə getməyin
Rus rəsmi xəbər agentliyi Ria Novosti-də yayımlanan xəbərə görə, Rusiya Xarici işlər nazirliyindən edilən şərhdə dünyanın fərqli ölkələrində rus vətəndaşları ABŞ hüquq-mühafizə qüvvələrinin tələbi ilə cinayət təqibi və geri göndərilməsi üçün nəzarətə alınmağa başladı. Son gözaltılar arasında Litvada Dmitry Ustinov, İspaniyada Dmitry Belorossov, Kosta-Rikada Maksim Çukharev, Dominikan Respublikasında Aleksandr Panin var.

Nazirlikdən edilən yazılı şərhdə: “Rusiya Xarici İşlər Nazirliy, ABŞ hüquq-mühafizə qüvvələri ilə aralarında daha əvvəldən yaranan hər hansı bir problem varsa və bu mövzuda şübhələri varsa, bu vətəndaşların ABŞ ilə ekstradisiya müqaviləsi olan ölkələrə getməməsi mövzusunda tədbirli olmalarını və bu ölkələrə səyahət etməmələrini tövsiyə edir” deyildi.

Ölkələr siyahısında Türkiyə də var
Nazirliyin “getməyin” dediyi və ekstradisiya müqaviləsi olan ölkələr: İngiltərə, Tayland, İspaniya, Polşa, Portuqaliya, Latviya, Litva, Türkiyə, İsrail, Yunanıstan, Çex Respublikası, Kanada, Almaniya və Avstraliya.
Source : İslamtimes
Comment