0
Wednesday 4 September 2013 - 14:56

Nəsrullah: ABŞ-ın Yaxın Şərq planının arxasında Sionist lobbisi durur

Story Code : 298531
Nəsrullah: ABŞ-ın Yaxın Şərq planının arxasında Sionist lobbisi durur
Nəsrullah: ABŞ-ın Yaxın Şərq planının arxasında Sionist lobbisi durur
Nəsrullah çərşənbə axşamı günü Beyrutda səfərdə olan iranlı millət vəkili Əlaəddin Burucerdi ilə görüşü zamanı deyib ki, Sionizmin dünyanın ən böyük media şəbəkəsinə hökmranlıq etməsinə və Suriyadakı həqiqətləri təhrif etməkdə əlindən gələni etməsinə baxmayaraq ABŞ Suriyaya qarşı öz təhdidini həyata keçirə bilmədi.

Bu göstərir ki, dünya ABŞ və İsrailin məntiqsiz və sübutsuz iddialarını qəbul etmir.
İran məclisinin milli təhlükəsizlik və xarici siyasət komitəsinin rəhbəri olan Burucerdi deyib ki, Suriya rəsmilər, ordu və xalq öz ölkələrini mümkün hücumdan qorumaq üçün tam hazırdılar.
Burucerdi deyib: “ABŞ qeyri sağlam qərara gəlməkdən öncə qlobal səviyyədə olan mesajlara diqqət etsin və gec olmamış özünü və müttəfiqlərini xilas etmək üçün bu təhlükəli vəziyyətdə fürsətdən istifadə etsin.”

Həmin gün Burucerdi Livan prezidenti Michel Suleyman ilə görüşərək iki tərəfli əlaqələri və Yaxın Şərq hadisələrini, məxsusən də Suriya münaqişəsini müzakirə ediblər.
ABŞ prezidenti Barak Obama BMT mandatı olmadan belə Suriyaya hərbi hücum edəcəyi haqqında qərarını açıqlayıb.

Obama bu təhdidi Suriyada kimyəvi silahdan istifadə edildikdən və buna görə Suriya prezidenti Bəşər Əsədin məsuliyyət daşıdığını iddia etdikdən sonra bəyan etmişdir.
Suriya hökuməti bu ittihamı kəskin şəkildə rədd etmiş və demişdir ki, bu ölkəyə xarici müdaxilə təşkil etmək üçün planlaşdırılmış bir təxribatdır.
Source : İslamtimes
Comment