0
Thursday 5 September 2013 - 10:04

Suriya xalqı tam hazır vəziyyətdədir

Story Code : 298765
Suriya xalqı tam hazır vəziyyətdədir
Bunu nəzərə alaraq, ölkə rəhbərliyi tərəfindən jurnalistlərə xəbərdarlıq edilib: “Bölgələrə səfər zamanı, yük maşınlarında oturmaq deyil, uzanan vəziyyətdə dayanmaq lazımdır”.
 
ABŞ Suriyanı bombalamağa başlayacaq və ya bu iş baş tutmayacaq - bu sual, indi demək olar ki, Suriya paytaxtında  aktual mövzu deyil. İnsanlar heç bir ajiotaj yaratmadan, ehtiyat ərzaqları, su və s. lazımı əşyaları evlərə toplayırlar.
 
Suriyalı vətəndaşlardan biri "Canlı Qalxan" üsulunu təklif edərək xarici qüvvələrə səslənib: “Əgər Suriyaya zərbə endirmək istəyirsinizsə, onda siz günahsız sivil vətəndaşları qırmalı olacaqsınız”. "Canlı Qalxan" kampaniyasına qoşulan könüllülər, Qəsyun dağı ətəyində düşərgələr qurublar.
 
Dəməşq sakinlərindən olan xanım Məcd Niyazi bildirib: “Heç bir hədələrə və başqalarının dediyinə baxmayaraq, biz mütləq ölkəmizi qorumalıyıq. Biz vətənimizi öz canımızla qorumağa hazırıq...”  /azadxeber/
Comment