QR CodeQR Code

Hərbi hökumətin dağıtdığı tunellər Qəzza iqtisadiyyatına zərbə vurur

5 Sep 2013 10:12

IslamTimes - Misir ordusunun Qəzza sərhəddindəki tunellərə qarşı xüsusi "hərbi əməliyyat"ından sonra intensivləşən söküntü işləri İsrail rejiminin ağır embarqosu altında həyat mübarizəsi verən bölgə xalqını əsas dolanışıq mənbələrindən də məhrum edir.


Qəzzənin Misir sərhəddindəki Rəfah şəhəri bələdiyyə sədri Subhi Əbu Rıdvan bildirir ki, sərhəddə açılan xeyli sayda tuneldən Misirdəki hərbi çevrilişə qədər 220-nin fəal işləyirdi. O, digər tunellərin isə söküldüyünü və yaxud da sökülmə təhlükəsi üzündən istifadəsinin mümkün olmadığını ifadə edib.
 
Rıdvan, son dövrdə işlək vəziyyətdəki tunellərin sayının olduqca azaldığına diqqət çəkərək bildirib: "Misirin tətbiq etdiyi "təhlükəsizlik" tədbirləri səbəbiylə hal-hazırda yalnız 10 tuneldən az miqdarda inşaat materialları və qidaların keçirilməsi təmin edilir"
 
İsrail rejiminin tətbiq etdiyi embarqo və Misir hökumətinin Qəzzanın "şah damarı" olaraq xarakterizə edilən tunellərə qarşı söküntü işləri Qəzza iqtisadiyyatı üzərində də böyük tənəzzülə gətirib çıxarır. Tunellərin sökülməsiylə paralel olaraq bölgədəki işsizlik səviyyəsində də ciddi artım müşahidə olunur.  /deyerler/


Story Code: 298768

News Link :
https://www.islamtimes.org/az/news/298768/hərbi-hökumətin-dağıtdığı-tunellər-qəzza-iqtisadiyyatına-zərbə-vurur

Islam Times
  https://www.islamtimes.org