0
Saturday 7 September 2013 - 13:50

Lahdar Brahimidən ABŞ-ı qıcıqlandıracaq açıqlama

Story Code : 299540
Lahdar Brahimidən ABŞ-ı qıcıqlandıracaq açıqlama
APA-nın xəbərinə görə, bunu Sankt-Peterburqda səfərdə olan BMT-nin və Ərəb Dövlətləri Liqasının xüsusi nümayəndəsi Lahdar Brahimi Suriyadakı böhranla bağlı jurnalistlərin sualını cavablandırarkən bildirib.

Onun sözlərinə görə, beynəlxalq hüquq heç bir ölkəyə qanun adından çıxış etmək hüququ verməyib: “Məsələ mütləq BMT Təhlükəsizlik Şurasında müzakirə olunmalıdır”.

L.Brahimi qeyd edib ki, bu gün Suriya böhranı təkcə Yaxın Şərq regionu və Suriya xalqı üçün deyil, bütün beynəlxalq ictimaiyyət üçün təhlükə təşkil edir: “BMT baş katibi hər zaman beynəlxalq ictimaiyyəti, Təhlükəsizlik Şurasını və onun beş daimi üzvünü problemə böyük diqqət ayırmağa və həlli üçün bütün səylərini səfərbər etməyə çağırıb”.
Comment