QR CodeQR Code

"Yəhudilər yox, sionistlər düşmənimizdir"

9 Sep 2013 08:49

IslamTimes - İran Xarici İşlər Naziri Cavad Zərif yəhudiliklə, sionizm arasındakı fərqi açıqlayıb.


"Yəhudilik, inancımıza görə hörmət etdiyimiz bir dindir. İran İslam Respublikasında yəhudilər rəsmi olaraq tanınıb və mill məclisdə də yəhudiləri təmsil edən aktiv bir millət vəkili var" deyən Zərif, sionistlərin yəhudilər arasındakı az bir qrupu təmsil etdiyini bildirib. O, deyib ki, "Onlar, yəhudilərin çəkdikləri əziyyətlərdən istifadə edən və fələstinlilərə qarşı işlədikləri zülmləri bu əziyyətləri bəhanə edərək qanuniləşdirən bir dəstədir. Bu qrupun İranın yəhudilərə düşmən olduğu fikrini yaymasına icazə verməyəcəyik."
 
Sionistlərin 60 ildir ki, "soyqırım" ifadəsindən istifadə edərək işlədiyi zülmləri örtdüyünü deyən Zərif, fələstinlilərin "soyqırım" iddialarına görə 60 il daha eyni ağrıları çəkməsinə icazə verməyəcəyik deyib.
 
Cavad Zərif, sosial media vasitəsi ilə yəhudilərin bayramını qeyd edərək "Xoşbəxt Roşa Şanalar" ifadəsini işlətmişdi. 
 
İran prezidenti Həsən Ruhaninin də ictimai media hesabından yəhudilərin yeni ili təbrik edilmiş və bu şərh, "İranın İsrailin dostu olması" kimi yozulmuşdu. /Azadxeber/


Story Code: 300017

News Link :
https://www.islamtimes.org/az/news/300017/yəhudilər-yox-sionistlər-düşmənimizdir

Islam Times
  https://www.islamtimes.org