0
Tuesday 10 September 2013 - 08:29

Fransa XİN: "Rusiyanın Suriya ilə bağlı təklifi diqqətlə araşdırılmalıdır"

Story Code : 300296
Fransa XİN: "Rusiyanın Suriya ilə bağlı təklifi diqqətlə araşdırılmalıdır"
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu sözlər Fransa xarici işlər naziri Loran Fabiusun yaydığı bəyanatda yer alıb. O hesab edir ki, bu, müəyyən şərtlərə əməl olunacağı təqdirdə mümkündür.  

“Bəşər Əsəd kimyəvi silahı operativ şəkildə beynəlxalq nəzarət altına verməli və onun məhv edilməsinə imkan yaratmalıdır. Bu əməliyyat BMT Təhlükəsizlik Şurasının razılığı və təyin etdiyi vaxtda keçirilməlidir, habelə avqustun 21-də Dəməşq yaxınlığında kimyəvi hücumun günahkarları beynəlxalq məhkəmə qarşısına çıxmalıdır”, - deyə Fransa XİN rəhbərinin bəyanatında vurğulanıb.
Comment