QR CodeQR Code

CHP Misirdə müvəqqəti hökumətlə görüşməyə getdi

10 Sep 2013 08:37

IslamTimes - "Türkiyənin və türk xalqının Misirə qardaşlığını və dostluğunu, yaxşı niyyətlərini aparırıq. Mesajımız, Misir xalqının gələcəyinin yaxşı və sabit olmasıdır."


CHP sədr müavini Faruk Loğoğlu Misir səfərnidən öncə etdiyi açıqlamada deyib: "Türkiyənin və türk xalqının Misirə qardaşlığını və dostluğunu, yaxşı niyyətlərini aparırıq. Mesajımız, Misir xalqının gələcəyinin yaxşı və sabit olmasıdır. Demokratiya və azadlıqlardan bəhs edəcəyik", - Dünya Bülleteni.
 
CHP sədrinin müavini Loğoğlu, CHP İstanbul Millət vəkili Osman Korutürk ilə edəcəyi Misir səfəri üçün İstanbula hərəkət etmədən əvvəl "Esenboğa Havalımanı"nda açıqlama verib. Loğoğlu həmçinin deyib: "Bir azdan Qahirəyə hərəkət edəcəyik. Orada bir sıra mesajlarımız olacaq".
 
Misirin  Ərəb dünyasının incisi, sözçüsü, öncülü olduğunu ifadə edən Loğoğlu Misir səfərində "Türkiyədə yalnız iqtidardakı partiyanın deyil, başqa partiyaların da başqa yanaşmaların da olduğunu qeyd edəcəklərini" bildirdi. /Deyerler/


Story Code: 300297

News Link :
https://www.islamtimes.org/az/news/300297/chp-misirdə-müvəqqəti-hökumətlə-görüşməyə-getdi

Islam Times
  https://www.islamtimes.org