QR CodeQR Code

Hatayda yenə ölüm!

Islamtimes , 11 Sep 2013 20:00

Islamtimes - Hatayın mərkəzi Antakya bölgəsində Orta Şərq Texniki Universitetindəki (ODTÜ) etirazlara dəstək vermək və “Gəzi parkı” etirazlarında dünyasını dəyişən Abdullah Cömertin qatillərinin tapılması üçün təşkil edilən mitinqdə daha bir kədərli hadisə yaşandı.


Hatay valiliyi dünən gecə başına vurulan qaz kapsulundan dünyasını dəyişən 22 yaşındakı Əhməd Atakanın binadan yıxılaraq öldüyünü bildirdi. Bu açıqlama daha əvvəl də Eskişehir Valisinin Əli İsmayıl Korkmazın dostları tərəfindən öldürüldüyü şəklindəki yalan şərhini xatırlatdı.

Yurt-un xəbərinə görə, Hatay valiliyi internet saytında yayımlanan xəbərdə 9 Sentyabr 2013-cü il Hatayın Mərkəzə bağlı Armutlu Məhəlləsi, Gündüz Prospektində toplanaraq Gəzi Parkı etirazları və Duzlu Çayırda yaşananlara etiraz etmək məqsədi ilə Gündüz Prospektində yolu bağlayan “qanunsuz” mitinq edənlərin dağılmaları, əks halda müdaxilə edəcəyi ilə bağlı xəbərdarlıq edildiyi ifadə edildi.

Təhlükəsizlik gücləri qrupa “təzyiqli su və qaz ilə müdaxilə edərək dağılmaları təmin etdilər” bildirilən şərhdə bunlar irəli sürüldü:

“Ara küçələrə qaçan şəxslərin bir müddət sonra prospekt üzərində təkrar toplanaraq yola barrikad qurmaları, barrikadları yandıraraq damlarda fişəng, daş və maye ataraq məhəllə sakinlərinə zərər vermələrindən sonra qrupa təkrar müdaxilə edilərək dağılmaları təmin edilmişdir.

10 Sentyabr 2013-cü il saat 00.57 radələrində Gündüz Prospektində olan patrullar tərəfindən 1 nəfərin binadan yola yıxılması anonsundan sonra edilməsi dərhal 112 Təcili Tibbi Yardım Xidmətinə zəng edilmişdir.

Ancaq hadisə yerində olan şəxslər yaralını özləri xəstəxanaya aparmaq istəmiş, daha sonra yaralı olaraq Antakya Dövlət Xəstəxanasına gətirilən Əhməd Atakan adlı vətəndaşımız xəstəxanada edilən bütün müdaxilələrə baxmayaraq dünyasını dəyişmişdir. Hadisə ilə əlaqədar istintaq aparılır.”



Hatay Valiliyinin bu şərhi daha əvvəl Eskişehir Valiliyi tərəfindən edilmiş şərhi yada saldı. Eskişehirdə Əli İsmayıl Korkmazın polislər tərəfindən döyülərək öldürülməsindən sonra Eskişehir valisi Korkmazın yoldaşları tərəfindən döyüldüyünü irəli sürən şərh yayımlamış, ancaq hadisə yerindəki video çəkilişlər Valinin yalanını ortaya çıxarmışdı.


Story Code: 300914

News Link :
https://www.islamtimes.org/az/news/300914/hatayda-yenə-ölüm

Islam Times
  https://www.islamtimes.org