QR CodeQR Code

Masazır sakinləri aksiya keçirir

13 Sep 2013 06:20

IslamTimes - Bir qədər əvvəl Masazır sakinləri etiraz aksiyasına başlayıblar.


Əraziyə çoxlu polis gətirilib. Qəsəbə sakinlərindən birinin verdiyi məlumata görə sakinlər Masazırdan Yeni Bakı qəsəbəsinə gedən yolun təmir adı altında bağlanmasına etiraz edirlər: “Neçə gündür ki, bu yol bağlanıb. Marşurut avtobusları dolanbac yollarla birtəhər camaatı tozlu-torpaqlı yollarla mənzil başına çatdırır. Camaat görür ki, bağlanan əsas yolda heç bir təmir getmir, amma yolu da açımırlar. Ona görə küçəyə çıxıb etiraz edirlər. Polisi çıxarıblar camaatın qabağına. Avtobuslar, minik maşınlarının sürücüləri siqnal verməklə yolun açılmasını istəyirlər”. /Musavat/


Story Code: 301299

News Link :
https://www.islamtimes.org/az/news/301299/masazır-sakinləri-aksiya-keçirir

Islam Times
  https://www.islamtimes.org