QR CodeQR Code

11 Sentyabr hadisəsi bir çox xarici müdaxilələr üçün dövlət tərəfindən planlaşdırılıb

Islamtimes , 12 Sep 2013 10:20

Islamtimes - Amerikalı yazıçı və aktivisit Stefan Lendman deyib: “2001-ci il 11 sentyabr hücumu həqiqətdə ABŞ-ın Yaxın Şərqdə apardığı müharibələr üçün əvvəlcədən planlaşdırılmış dövlət səviyyəli bir plandır.”


O jurnalistlərə müsahibə zamanı deyib ki, 11 sentyabr hadisəsi Əfqanıstan, İraq, Liviya və Suriyadakı müharibələrə yol açdı. 

Lendman deyib: “Hadisə haqqında rəsmi açıqlama əvvəldən sona kimi yalandan başqa bir şey deyil. O gün baş verənlər haqqında deyilən yalanları təkzib edən xeyli aydın sübutlar aşkara çıxarılmışdır.”
“Başqa heç bir suala ehtiyac yoxdur. 11 Sentyabr hadisəsinin dövlət tərəfindən planlaşdırılmış bir hücum olması haqqında heç bir şək-şübhə yoxdur.” 

Lendman deyib ki, prezident Obama çəşənbə axşamı günü Amerika xalqının maraqlarına xidmət etməyi bildirməklə həqiqətdə “riyakar çıxış” etdi.
Lendman deyib: “Onun Suriyaya qarşı müharibə planı dəyişilməz olaraq qalır.” 

Keçən ay Dəməşqin kimyəvi silahdan hücum ittihamı ilə Obama Suriyaya hərbi hücum haqqında qətnaməni təsdiq etmək üçün Konqresə göndərib. Ancaq daha sonra Obama konqresmenlərdən qətnaməyə səs verməni təxirə salmağı tələb etdi. 

Lendman deyib ki, ABŞ-ın Suriya hökumətinin kimyəvi silahdan hücumu etməsi haqqında irəli sürdüyü sübutlar qondarmadır.
O sonda deyib: “Obamanın Suriyaya hücum etməkdə məqsədi Yaxın Şərq ölkəsində kukla dövlət yaratmaq və İranı regiondan tədric etməkdir.”


Story Code: 301327

News Link :
https://www.islamtimes.org/az/news/301327/11-sentyabr-hadisəsi-bir-çox-xarici-müdaxilələr-üçün-dövlət-tərəfindən-planlaşdırılıb

Islam Times
  https://www.islamtimes.org