0
Thursday 12 September 2013 - 11:27

Obamanın qərarı Suriyanın xaricdən dəstək alan üsyançılarını məyus edib

Story Code : 301358
Obamanın qərarı Suriyanın xaricdən dəstək alan üsyançılarını məyus edib
Obamanın qərarı Suriyanın xaricdən dəstək alan üsyançılarını məyus edib
Çərşənbə günü bir çox üsyançılar Vaşinqtonun müharibə qərarını kənara qoyması və dilomatiyaya müraciət etməsi səbəbindən xeyli qəzəbləndiklərini ifadə ediblər.

Hələb şəhərində hökumətə qarşı döyüşən üsyançılardan olan Muhəmməd Coud deyib: “Biz yalnız özümüzə güvənməliydik. Mən bunun əvvəldən bilirdim, ancaq Obamanın utanc verici geri çəkilmə səbəbindən artıq digərləri də bu həqiqəti anladılar.”

Digər üsyançı isə deyib: “İnsanlar Amerikanın hücumuna ümid bağlamışdılar, ancaq biz də heç bir şeyin baş verməyəcəyini gözləyirdik, çünki heç kəsin Suriya üçün həll yolu yoxdur.”

Bir gün əvvəl özünü Suriya Milli Koalisiyası adlandıran Suriya müxalifəti bəyanat yayaraq deyib ki, Vaşinqton suriyalı üsyançıların prezident Bəşər Əsədə qarşı mübarizədə qələbə qazanması üçün Suriyaya hücum planını həyata keçirməlidir.

Suriyaya qarşı hücum çağırışları xaricdən dəstək alan suriyalı üsyançıların Suriya hökumətini 21 avqust tarixində kimyəvi silahdan istifadə edərək yüzlərlə insanın həlak olmasında ittiham etməsindən sonra daha da intensivləşdi.

Dəməşq isə öz növbəsində bu ittihamları kəskin şəkildə rədd etmiş və demişdir ki, bu hücum ölkəyə xarici hərbi müdaxilə həyata keçirmək üçün xaricdən dəstək alan üsyançılar tərəfindən həyata keçirilib.

Çərşənbə axşamı günü Suriya xarici işlər naziri Vəlid əl Muəllim deyib ki, Dəməşq kimyəvi silah arsenalını beynəlxalq nəzarətə təhvil verməklə Rusiyanın təkilf etdiyi planı həyata keçirməyə hazırdır.

Rusiya hökuməti bu təklifi bazar ertəsi günü Rusiya xarici işlər naziri Serqey Lavrovun Moskvada Muəllim ilə görüşü zamanı təqdim etmişdir.

Muəllim deyib: “Biz kimyəvi silahların qadağan edilməsi konvensiyasına qoşulmaq istəyirik. Biz konvensiyanın tələbləri çərçivəsində öhdəliklərimizi həyata keçirməyə hazırıq.”
Source : Islamtimes
Comment