QR CodeQR Code

Vladimir Putin və Həsən Ruhani arasında görüş keçirilib

13 Sep 2013 19:20

IslamTimes - Rusiya prezidenti Vladimir Putin iranlı həmkarı Həsən Ruhani ilə görüşüb.


APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, görüş Qırğızıstanın paytaxtı Bişkək şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrinin sammiti çərçivəsində baş tutub.

Görüş zamanı prezidentləri ikitərəfli əməkdaşlığın inkişaf istiqamətlərini və beynəlxalq problemlərin həlli yollarını müzakirə ediblər. V. Putin H. Ruhanini prezident seçilməsi münasibətilə bir daha təbrik edərək ona uğurlar arzulayıb: “Bilirik ki, dünyada bütün baş verənlər İranın nüvə problemi ətrafında fırlanır. İran bizim üçün mehriban qonşudur. Qonşuları seçmirlər. Bizim çox geniş həcmdə əməkdaşlığımız olub, var və bundan sonra də olacaq. İki ölkə arasındakı münasibətlər bütün səviyyələrdə inkişaf edir”.


Story Code: 301518

News Link :
https://www.islamtimes.org/az/news/301518/vladimir-putin-və-həsən-ruhani-arasında-görüş-keçirilib

Islam Times
  https://www.islamtimes.org