QR CodeQR Code

Rusiya-ABŞ həll üsulu Ankarada “soyuq duş effekti” yaratdı

Islamtimes , 14 Sep 2013 00:06

Islamtimes - ABŞ ilə Rusiya arasında inkişaf etdirilən və Suriyanın də qəbul etməsiylə ola biləcək bir Amerikan hücumunun təxirə salınmasına gətirib çıxaran diplomatik həll Ankarada müsbət qarşılanmadı.


Baş nazir Rəcəb Tayyib Ərdoğanın bazar günü “şəraitə görə hərbi ya da lojistik dəstək verərik” dediyi hərbi əməliyyat variantının zəifləməsi Ankara baxımından Bəşər Əsəd rəhbərliyinə verilmiş “açıq çek” olaraq görülür.

ABŞ xarici işlər naziri John Kerry bazar ertəsi Londonda təşkil etdiyi mətbuat konfransında Suriya rəhbərliyinin əlindəki bütün kimyəvi silahları beynəlxalq cəmiyyətə təhvil verməsini qəbul etməsinin hərbi əməliyyatı önləyəcək potensial bir inkişaf olaraq dəyərləndirdi.

Fransanın da BMT Təhlükəsizlik Şurasına yeni bir qərar layihəsi təqdim etməsi ilə başlanan prosesə Türkiyədən ilk reaksiya isə xarici işlər naziri Əhməd Davutoğlundan gəldi.

Həll yolunu “kosmetik” olaraq xarakterizə edən Davudoğlu Habertürk TV-də iştirak etdiyi bir proqramda “Bu gün belə kosmetik bir üsulla əgər keçmişdə tətbiq olunan o böyük günahı unutdurmaq üçün harada olduğunun təsbit edilməsi belə aylar alacaq olan kimyəvi silahların inventarının çıxarılması kimi mövzularla zaman qazandırılmağa çalışılsa Bəşər Əsədin bundan sonrakı qırğınlarına yaşıl işıq yandırılmış olar” deyərək həll istiqamətindəki reaksiyasını dilə gətirdi.


Story Code: 301595

News Link :
https://www.islamtimes.org/az/news/301595/rusiya-abş-həll-üsulu-ankarada-soyuq-duş-effekti-yaratdı

Islam Times
  https://www.islamtimes.org