0
Saturday 14 September 2013 - 00:06

Rusiya-ABŞ həll üsulu Ankarada “soyuq duş effekti” yaratdı

Story Code : 301595
Rusiya-ABŞ həll üsulu Ankarada “soyuq duş effekti” yaratdı
Rusiya-ABŞ həll üsulu Ankarada “soyuq duş effekti” yaratdı
Baş nazir Rəcəb Tayyib Ərdoğanın bazar günü “şəraitə görə hərbi ya da lojistik dəstək verərik” dediyi hərbi əməliyyat variantının zəifləməsi Ankara baxımından Bəşər Əsəd rəhbərliyinə verilmiş “açıq çek” olaraq görülür.

ABŞ xarici işlər naziri John Kerry bazar ertəsi Londonda təşkil etdiyi mətbuat konfransında Suriya rəhbərliyinin əlindəki bütün kimyəvi silahları beynəlxalq cəmiyyətə təhvil verməsini qəbul etməsinin hərbi əməliyyatı önləyəcək potensial bir inkişaf olaraq dəyərləndirdi.

Fransanın da BMT Təhlükəsizlik Şurasına yeni bir qərar layihəsi təqdim etməsi ilə başlanan prosesə Türkiyədən ilk reaksiya isə xarici işlər naziri Əhməd Davutoğlundan gəldi.

Həll yolunu “kosmetik” olaraq xarakterizə edən Davudoğlu Habertürk TV-də iştirak etdiyi bir proqramda “Bu gün belə kosmetik bir üsulla əgər keçmişdə tətbiq olunan o böyük günahı unutdurmaq üçün harada olduğunun təsbit edilməsi belə aylar alacaq olan kimyəvi silahların inventarının çıxarılması kimi mövzularla zaman qazandırılmağa çalışılsa Bəşər Əsədin bundan sonrakı qırğınlarına yaşıl işıq yandırılmış olar” deyərək həll istiqamətindəki reaksiyasını dilə gətirdi.
Source : Islamtimes
Comment