QR CodeQR Code

Dağliğ qarabağda :

Ermənilər işğal altındakı əraziləri yandırırlar

IRIB , 5 Jul 2010 15:55

islamtimes.org-Ermənilər bu gün günorta saatlarından başlayaraq Azərbaycanın işğal altındakı ərazilərini yandırıblar.


ANS -in məlumatına görə, yanğın Tərtərin işğal altındakı ərazilərində başlayıb. Alov əsasən rayonun işğal altındakı Talış kəndində müşahidə olunub. Yanğın nəticəsində havaya qalxan tüstünün hündürlüyü 50-60 metrə çatır. Yanğın bu saatlarda da davam edir.

Adıçəkilən ərazidə ötən gecə də yanğın törədilib.

Xatırladaq ki, bu il ərzində həmin ərazidə üçüncü dəfədir ki, belə hadisə qeydə alınır. Ümumilikdə bu il ərzində cəbhə xəttində törədilən ən iri miqyaslı yanğındır.


Story Code: 30166

News Link :
https://www.islamtimes.org/az/news/30166/ermənilər-işğal-altındakı-əraziləri-yandırırlar

Islam Times
  https://www.islamtimes.org