0
Sunday 15 September 2013 - 11:26

Sabah Masallı dindarlarının növbəti apellyasiya məhkəməsi keçiriləcək

Story Code : 301947
masallı dindarları həbsdə
masallı dindarları həbsdə
Masallı rayonunda həbs olunan 8 dindara Lənkəran Ağır Cinayətlər Məhkəməsinin aprelin 5-də çıxardığı hökmdən apellyasiya şikayətinə baxılacaq.

Məhkəmə prosesi Şirvan Şəhər Apellyasiya Məhkəməsində hakim Kamran Əkbərovun sədrliyi ilə keçiriləcək.

Apellyasiya məhkəməsi sentyabr ayının 16-ı saat 15:00 da başlanacaq.

Xatırladaq ki,sentyabr ayının 12 də keçirilən prosesdə dövlət ittihamçısı baş redaktor Araz Quliyevə suallar ünvanlayırdı.Hakim Kamran Əkbərov iş vaxtının bitməsinə görə məhkəmə prosesini sentyabr ayının 16-ı saat 15:00-a qədər təxirə saldı.

Qeyd edək ki,Masallı dindarları və Baş Redaktor Araz Quliyev ötən il sentyabr ayında Masallı rayonunda şərlənərək həbs olublar.Onlar beynəlxalq folklor festivalı ilə əlaqəli tədbirin pozulmasına cəhd göstərmək, dinc sakinlərə və polis əməkdaşına xəsarət yetirmək ittihamı ilə tutulublar. Jurnalist Araz Quliyev 8, Xalid Kazımov 8, Ziya Tahirov 7, Rza Ağalı 7, Surac Ağayev 5, Nicat Əliyev və Namiq Kişiyev 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Vüsal Quliyevə isə 3 il 6 gün şərti cəza verilib.
Source : Xeber44
Comment