QR CodeQR Code

Rusiyadan Qarabağa yük daşınır?

5 Jul 2010 23:50

Rusiyanın Taqanroq şəhərindən Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə gizli daşımalar həyata keçirilir.


Rusiyanın Rostov vilayətinin Azov dənizi sahilindəki Taqanroq şəhərindən bir müddətdir ki, Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə gizli daşımalar həyata keçirilir. Bu barədə milAz saytına Taqanroqda yaşayan, adının çəkilməsini istəməyən soydaşımız məlumat verib. Onun sözlərinə görə, Taqanroqdakı hərbi aerodromdan intensiv olaraq Qarabağa təyyarələr uçuş edir. MilAz bu daşımaların real olub-olmamasına aydınlıq gətirməyə çalışdığını bildirib.
Məsələ ilə əlaqədar Müdafiə Nazirliyi mətbuat xidməti ilə əlaqə yaratmağa çalışsaq da, bu, mümkün olmadı. İstirahət günü olduğundan XİN-dən də mövqe öyrənə bilmədik. Ancaq əslində müvafiq qurumlar bu xəbərin izinə düşüb sonadək araşdırma aparmalı, medianı da məlumatlandırmalıdır. Rusiyanın Ermənistana iki dəfə üst-üstə 2 milyard dollarlıq silah ötürdüyü da faktdır. Deməli, məsələyə laqeyd yanaşmaq heç bir halda doğru deyil. /Musavat/


Story Code: 30198

News Link :
https://www.islamtimes.org/az/news/30198/rusiyadan-qarabağa-yük-daşınır

Islam Times
  https://www.islamtimes.org