0
Tuesday 6 July 2010 - 06:17

İranın nüfuzuna diktatura mane olur?

Story Code : 30217
İranın nüfuzuna diktatura mane olur?
Klintonun Bakıya səfərindəki görüşləri demokratikləşmə mesajının daha az əhəmiyyətli olduğunun göstəricisidir. AzadlıqRadiosunun «İşdən sonra» proqramında Hillari Klintonun görüşdüyü gənc fəallar belə düşünür.
Görüşdə iştirak edən gənclərdən Əli Novruzov isə Hillari Klintondan onların Azərbaycan hakimiyyəti ilə münasibətləri barədə suala cavab istəyib:
«Klinton mənə cavabında dedi ki, biz həm hakimiyyətə zəmanət veririk, həm də demokratikləşmə aparırıq. Siz də hökumətin vəziyyətinə girin və bu məsələlərə hökumətin gözü ilə baxın. Başa düşməyə çalışın ki, niyə hökumət müxalif fikirlərdən ehtiyatlanır. Bəlkə İrandan qorxurlar? Yəni arqument belə oldu ki, hökumət bir qədər azadlıq versə, İranın burda nüfuzu arta bilər. Mən belə başa düşdüm ki, demokratiya məsələsində ABŞ administrasiyası Azərbaycanda minimum proqram çərçivəsində fəaliyyət göstərəcək. Qalan digər məsələlərə maraq olmayacaq». /Azadliq/
Comment