0
Sunday 15 September 2013 - 15:45

ABŞ və Rusiyanın Suriya məsələsində razılığa gəlməsi Sionizm üçün böyük məğlubiyyətdir

Story Code : 302341
ABŞ və Rusiyanın Suriya məsələsində razılığa gəlməsi Sionizm üçün böyük məğlubiyyətdir
ABŞ və Rusiyanın Suriya məsələsində razılığa gəlməsi Sionizm üçün böyük məğlubiyyətdir
Şənbə günü Press TV-yə müsahibə verən Ceyms Fetzer deyib: “ABŞ və Rusiya arasında Suriya kimyəvi silahlar haqqında əldə edilmiş razılıq Suriya, Amerika və bütövlükdə dünya üçün böyük bir qələbədir.”

ABŞ dövlət katibi Con Kerri və Rusiya xarici işlər naziri Serqey Lavrov Cenevrədə üç günlük danışıqdan sonra razılığa gəldiklərini bəyan ediblər.
Razılışamaya əsasən prezident Bəşər Əsəd hökuməti 2014-cü ilin ortalarına kimi kimyəvi silahları məhv etməlidir.

Prezident Barak Obama Dəməşqin keçən ay kimyəvi silahdan hücum etməsi haqqında ittihamları əsas gətirərək Konqresə Suriyaya qarşı hərbi müdaxilədən istifadə etmək üçün qətnamə göndərmişdir.

Fetzer deyib: “Obama və Kerri tərəfindən Əsədin kimyəvi silahdan istifadə etməsi haqqında irəli sürülən bütün ittihamlar əsassızdır. Əsəd qüvvələrinin xaricdən dəstək alan üsyançılar üzərində üstünlük əldə etdiyi və BMT müfəttişlərinin Suriyada səfərdə olduqları zaman hökumətin bu addımı atması qeyri məntiqidir.”

Fetzer əlavə edərək deyib ki, Amerika xalqı da həmçinin yüksək faiz dərəcəsi ilə Suriyaya qarşı mümkün hərbi müdaxilənin əleyhinədirlər.
“Mən fikirləşirəm ki, Amerika xalqını heç vaxt bu cür həmfikir görməmişəm. Amerika xalqının 90%-i bu hücuma qarşıdır. Bu da Sionizm üçün böyük məğlubiyyətdir.”

ABŞ-da olan Amerika İsrail İctimai Əlaqələr Birliyi və digər Sionist qruplar Konqresi Suriyaya hücumu qanuniləşdirməyə təkid edirdilər.
Source : İslamtimes
Comment