QR CodeQR Code

"Amerika Kütləvi Qırğın Silahları Konvensiyasına qoşulsun"

17 Sep 2013 09:52

IslamTimes - İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri Əlaəddin Burucerdi Amerikanın nüvə silahların yayılması və istehsalını qadağan edən Kütləvi Qırğın Silahları Konvensiyası "NPT"yə qoşulmalı olduğunu bildirib.


Tehranda mətbuata verdiyi açıqlamada Amerikanın barəsində konvensiyanı imzalamalı olduğunu  ifadə edən Ə.Burucerdi deyib: "Çünki Amerika xeyli miqdarda kütləvi qırğın silahları anbarlarına malikdir".
 
Burucerdi, Suriyada yaşanan son hadisələrə də toxunaraq Suriyanın əlindəki kütləvi qırğın silahları anbarlarını beynəlxalq nəzarətə vermə qərarının bu ölkəyə hücum təşkil etmək istəyənlərin planlarını pozduğunu və onları  ümidsiz hala gətirdiyini söyləyib.  /Deyerler/


Story Code: 302496

News Link :
https://www.islamtimes.org/az/news/302496/amerika-kütləvi-qırğın-silahları-konvensiyasına-qoşulsun

Islam Times
  https://www.islamtimes.org