QR CodeQR Code

Son günlər Suriyada 6 azərbaycanlı terrorist öldürülüb

17 Sep 2013 12:22

IslamTimes - Suriyada son günlər hökumət qüvvələri ilə gedən döyüşlərdə xarici ölkələrdən olan 30-dan artıq terrorist həlak olub.


APA-nın məlumatına görə, bu barədə terroristlərə məxsus saytlar məlumat yayıb.
 
Həlak olanlar «Nüsra Cəbhəsi»nin sıralarında döyüşənlərdir. Onların arasında 6 Azərbaycan, 4 Türkiyə, 5 İordaniya, 9 Səudiyyə Ərəbistanı, habelə Əfqanıstan və Pakistan vətəndaşları var.

Sentyabrın 13-də Suriyanın Hama şəhərində gedən döyüşlərdə “Mühacir və Ənsar” qrupunun tərkibindəki azərbaycanlılardan ibarət dəstəyə başçılıq edən “Əbu Yəhya” ləqəbli Azərbaycan vətəndaşı öldürülüb. Həmin döyüşdə daha 4 azərbaycanlı terroristin də öldüyü bildirilir.

Qeyd edək ki, bu ilin avqust ayının əvvəllərinə olan məlumata görə, Suriyada müxtəlif qrupların tərkibində Bəşər Əsəd qüvvələrinə qarşı döyüşlərdə 60-dan artıq azərbaycanlı iştirak edib.


Story Code: 302543

News Link :
https://www.islamtimes.org/az/news/302543/son-günlər-suriyada-6-azərbaycanlı-terrorist-öldürülüb

Islam Times
  https://www.islamtimes.org