0
Tuesday 17 September 2013 - 16:39

Türkiyə hökuməti düzəlsə bəlkə…

Story Code : 303046
Türkiyə hökuməti düzəlsə bəlkə…
Türkiyə hökuməti düzəlsə bəlkə…
Misir xarici işlər naziri Nabil Fəhmi Rus mediasına verdiyi müsahibəsində məsləhətləşmələr üçün avqustun ortasında Qahirəyə çağırdıqları Ankara səfirini yaxın gələcəkdə Türkiyəyə göndərmək niyyətində olmadıqlarını və Türkiyə hökumətinin Misirdəki vəziyyətlə əlaqədar etdiyi “sərt şərhlərini” geri almasını gözlədiklərini söylədi.

“Türkiyədən heç bir bəhanənin, heç bir məntiqin olmadığı mövqeyindən imtina etməsini əks etdirən konkret hərəkətləri gözləyirik” deyən Fəhmi belə davam etdi:
“Gərginlik mövcud Türkiyə hökumətinin şərhləri və tutumu nəticəsində meydana gəldi. Misir ortaqlarımız qəbul ediləcək xətti keçənə qədər səbr etdi. Aralarında ortaq dəniz tədqiqatlarının ləğv edilməsi daxil olmaqla bəzi tədbirlər aldıq. Türkiyə hökumətinin mövqeyini düzəltdiyini, gözdən keçirdiyini gördüyümüzdə səfirin geri dönməsi mövzusunu görüşəcəyik” dedi.
Misir xarici işlər naziri Fəhmi Rusiyanın səsi tərəfindən əks etdirilən şərhlərində iki ölkənin orta və uzun müddətli maraqları yalnız ikitərəfli əlaqələri inkişaf etdirmə və yaxşılaşdırmada olduğunu da söylədi.
Source : İslamtimes
Comment