0
Wednesday 18 September 2013 - 17:58

Peres: Suriya İsrail ilə sülhdən imtina etdiyi üçün cəzalandırılır

Story Code : 303056
Peres: Suriya İsrail ilə sülhdən imtina etdiyi üçün cəzalandırılır
Peres: Suriya İsrail ilə sülhdən imtina etdiyi üçün cəzalandırılır
İsrailin gündəlik dərc edilən Yediot Ahronoth qəzeti bazar günü məlumat dərc edərək Peresin “1973-cü il müharibəsi qəddarlığına baxmayaraq sülh gətirib” deməsini bildirib.

Sionist prezidenti deyib: “1973-cü il müharibəsinin nəticələrindən biri budur ki, Ənvər Sadatın öz xalqına sülh və təhlükəsizlik gətirən Misir ilə sülh müqaviləsi imzalandı, ancaq bunun əksinə olaraq müharibədə iştirak etməsinə baxmayaraq (Hafiz) Əsəd Sadatın sülh müqaviləsində iştirak etməkdən boyun qaçırdı.”

O deyib: “Bugün Suriya daxili müharibə yaşayır və Suriya xalqı Əsədin kompromizə getməməsinin əvəzini ödəyir. Bugün o imtina etdiyi üçün cəzalanır.”

Peres bu açıqlamanı 1973-cü il müharibəsi zamanı həlak olan sionist əsgərlərin anım mərasimində iştirak edərkən deyib. Mərasimə həmçinin baş nazir Benyamin Netanyahu və digər ordu və təhlükəsizlik rəsmiləri qatılıblar.

Bu bəyanatalar göstərir ki, Suriyada baş verənlər inqilab deyil, əksinə xarici təxribatdır və Suriya münaqişəsindən bəhrələnənlərin kim olduğunu açıq şəkildə göstərir.
Source : İslamtimes
Comment