0
Tuesday 17 September 2013 - 17:08

BMT müfəttişləri Suriyada kimyəvi silahdan istifadəni təsdiqləyib

Story Code : 303060
BMT müfəttişləri Suriyada kimyəvi silahdan istifadəni təsdiqləyib
BMT müfəttişləri Suriyada kimyəvi silahdan istifadəni təsdiqləyib
Bazar ertəsi günü BMT baş katibi tərəfindən dərc edilməsi nəzərdə tutulan müfəttişlərin hesabatına əsasən kimyəvi və tibbi nümunələr göstərir ki, 21 avqust tarixində Dəməşq ətrafında yerləşən Qouta ərazisində tərkibində sarin qazı olan kimyəvi silahdan istifadə edilib.

BMT müfəttişlərinin hesabatında deyilir: “Nəticə budur ki, Suriya Ərəb Respublikasında hər iki tərəf arasında gedən münaqişə zamanı uşaqlar da daxil olmaqla vətəndaşlara qarşı kimyəvi silahdan istifadə edilib.”

Banın Təhlükəsizlik Şurasını bazar ertəsi günü hesabat haqqında məlumatlandırması gözlənilir.
21 Avqust tarixində Dəməşq ətrafında yerləşən Ayn Tarma, Zamalka və Cabir məntəqəsində kimyəvi silahdan hücum nəticəsində yüzlərlə insan həlak olmuş və xeyli insan da yaralanmışdır.

Suriya daxilində fəaliyyət göstərən üsyançılar və xaricdən dəstək alan Suriya müxalifəti iddia edərək bildiriblər ki, kimyəvi silahdan hücum ordu tərəfindən həyata keçirilib.
Dəməşq isə öz növbəsində bu ittihamı kəskin şəkildə rədd etmiş və bildirmişdir ki, bu hücumu xaricdən dəstək alan üsyançılar ölkəyə xarici hərbi müdaxiləni təşkil etmək üçün həyata keçiriblər.

Kimyəvi silah hücumundan sonra ABŞ Dəməşqə qarşı cəza tədbiri olaraq hərbi müdaxilə çağırışı etdi. Suriya hökuməti Rusiyanın kimyəvi silahları beynəlxalq nəzarətə qoymaq və daha sonra da onları məhv etmək haqqında təklifini qəbul etməklə ABŞ təcavüzünün qarşısını aldı.
Source : İslamtimes
Comment