0
Wednesday 18 September 2013 - 20:49

BMT hesabatı suriyalı üsyançıların daha çox cinayətlərinin üstünü açıb

Story Code : 303108
BMT hesabatı suriyalı üsyançıların daha çox cinayətlərinin üstünü açıb
BMT hesabatı suriyalı üsyançıların daha çox cinayətlərinin üstünü açıb
BMT-dəki mənbənin verdiyi məlumata əsasən şimali Suriyada Suriya hökumətinə qarşı müqəddəs müharibə adı altında döyüşən xarici döyüşçülərin həyata keçirdiyi cinayət və müxtəlif zorakılıqlar artmağa davam edir.

İnsan hüquqları üzrə baş məsləhətçi Paulo Pinheiro deyib: “Şimali Suriya ərazisi boyunca hökumət əleyhinə ekstremist silahlı qrupların digər üsyançı xarici döyüşçülə ilə birgə həyata keçirdiyi şiddət, cinayət və zorakılıqların sayı xeyli artıb.”

O deyib: “Müxalifətin təmsil olunduğu bütün briqadalar artıq demək olar ki, Suriya ərazisinə keçən və özlərini mühacirlər adlandıran xarici muzdurlar ilə doludur.”

Müfəttişlər əvvələr də bəyan edərək bildiriblər ki, Əfqanıstan və Rusiyanın Çeçenistan regionu da daxil olmaqla 10-dan çox dövlətdən olan xarici döyüşçülər xaricdən dəstək alan suriyalı terrorist qrupları dəstəkləyirlər.

Komissiyanın digər üzvü Vitit Muntarbhorn deyib: “Xarici döyüşçülərin sayı Suriyada xeyli artıb. Əsas məsələ burasındadır ki, bu ekstremist qüvvələrin özlərinə məxsus planları var və təbii ki, bu planlar da demokratik planlar deyil. Bizi narahat edən də məhz budur.”

15 İyul tarixindən bəri baş verən hərbi cinayətlər haqqında hesabat verən Pinheiro həmçinin prezident Bəşər Əsəd hökumətini müharibə vaxtı bəzi kəndlərə roketlər atmaqda ittiham edib.
BMT-nin bu hesabatı yenicə aparılmış araşdırma nəticəsində Suriya hökumətinə qarşı döyüşən üsyançıların əksəriyyətinin əl Qaidə terror qrupuna bağlı olan döyüşçülər olması ortaya çıxdıqdan sonra gündəmə gəldi.
Source : İslamtimes
Comment