0
Tuesday 6 July 2010 - 22:39

DİNDARLAR DÖYMƏYİB, ƏKSİNƏ DÖYÜLÜB!

Story Code : 30326
DİNDARLAR DÖYMƏYİB, ƏKSİNƏ DÖYÜLÜB!
İslamtimes: faktxəbər saytına istinadən əldə edilmiş məlumata əsasən bu gün Yasamal-rn Məhkəməsində hakim Elçin Qurbanovun sədirliyi ilə dindarların növbəti məhkəmə prosesi keçirilmişdir.

Keçirilmiş məhkəmə prosesində müttəhim olunan dindarların vəkilləri və 3 nəfə rhadisə şahidi çıxış etmişdir.

Şahid qismində danışdırılan Azər Heydərob, Əsədullayev Həmid və Nəsibov Rəşad təqsirləndirilən 5nəfərin 13 fevral tarixində heç kimi döymədiyini, əksinə onların polis əməkdaşları tərəfindən döyüldüyünü bildiriblər.

Xatırladaq ki, fevralın 13-də Məhəmməd Peyğəmbərin (s) vəfatı ilə əlaqədar Hacı Sultanəli məscidində əzadarlıq keçirəndən sonra Xocalı faciəsinin ildönümü ərəfəsində Şəhidlər Xiyabanını ziyarət etmək istərkən polis zorakılığı ilə üzləşən 5 nəfər dindarın - Elmar Səmədov, Elçin Abbasov, Seynur Hüseynov, Ağaəli Yəhyayev və Bilal Əhmədovun barəsində iki aylıq həbs-qətimkan tədbiri seçilib.

Dindarların işi ilə bağlı növbəti məhkəmə prosesi iyul ayının 8-i saat 11 :30-da keçiriləcəkdir.
Comment