0
Wednesday 7 July 2010 - 06:20

Klinton İrəvana təzyiq etmək çağırışlarına laqeyd qalıb

Story Code : 30346
ABŞ Ermənistana təzyiq göstərməyə meylli deyil
ABŞ Ermənistana təzyiq göstərməyə meylli deyil
ABŞ dövlət katibi Hillari Klintonun regiona səfəri ilə bağlı əsas gözləntilərdən biri, deyəsən, özünü doğrultmayacaq. Gələn xəbərlərə və verilən açıqlamalara əsasən belə demək olar ki, Birləşmiş Ştatlar administrasiyası Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün Ermənistana bu və ya digər formada heç bir təzyiq göstərməyə hazırlaşmır. Hillari Klinton ancaq ona vəd verib ki, Vaşinqton münaqişənin həlli üçün mümkün olan köməyi göstərəcək, münaqişəni həll etməli olan tərəflər isə Ermənistan və Azərbaycandır. Türkiyənin “Hürriyet” qəzetində yer alan xəbərə görə, prezident İlham Əliyevlə ABŞ dövlət katibi arasında bağlı qapılar arxasında keçirilən danışıqlarda Ermənistanın Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş rayonlardan beşindən çəkilməsinə dair plana razılıq verməsi üçün H.Klinton İrəvana təzyiq etmək çağırışlarına laqeyd qalıb. Görünür, söhbət yenilənmiş Madrid prinsiplərindən gedir. Həmin prinsiplərə görə 5 rayon boşaldılmalı və qaçqınlar öz yerlərinə qayıtmalıdır. Bu mərhələdə Dağlıq Qarabağa aralıq status veriləcək, yekun statusun müəyyən edilməsi isə qeyri-müəyyən vaxta təxirə salınır.“Hürriyet” Azərbaycan hakimiyyətinə yaxın qaynaqlara istinadən yazır ki, 5 rayon sövdələşməsi baş tutmayıb. Həmçinin H.Klintonun görüşdən sonra mətbuata verdiyi açıqlamalar da münaqişənin tezliklə həlli üçün ABŞ-ın konkret addımlar atacağına ümidləri artırmır. /Musavat /
Comment