0
Friday 20 September 2013 - 08:36

ABŞ Venesuella prezidenti üçün öz hava məkanını bağlayıb

Story Code : 303522
ABŞ Venesuella prezidenti üçün öz hava məkanını bağlayıb
Venesuella xarici işlər naziri Elias Haya prezidentin cümə günü Çinə getməli olduğunu deyib.
 
"Uçuş ərəfəsində biz amerikalı həmkarlarımızdan Amerika hava məkanından istifadənin qadağan edilıməsi barədə məlumat aldıq.Biz bunu Şimali Amerikanın təcavüzü kimi qiymətləndiririk. Heç kim dövlət səfərində olan prezidentin təyyarəsinin uçuşunu qadağan edə bilməz. Uçuşa icazə verilməməsi üçün heç bir arqument yoxdur".
 
Nazir ABŞ-ın prezidentin Çinə səfərinə mane ola bilməyəcəyini deyib. Onun sözlərinə görə, əgər ABŞ qərarını dəyişməsə Venesulella lazımi tədbir görmək hüququnu saxlayacaq.Hansı tədbirlərdən söhbət getdiyi isə açıqlanmayıb. /anspress/
Comment