QR CodeQR Code

Suriya müxalifəti bir-birini qırır

20 Sep 2013 08:48

IslamTimes - ABŞ hakimiyyəti Suriya müxalifətinin radikal islamçılarla baş verən toqquşmaları barədə xəbərlərdən narahatdır.


APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə brifinqdə ABŞ Dövlət Departamentinin nümayəndəsi Mari Harf deyib.
 
Qeyd edək ki, mətbuat bundan öncə müxalifət nümayəndələrinə istinadən xəbər verib ki, əvvəllər “Azad Suriya Ordusu”nun nəzarəti altında olan Aazaz şəhəri “İraq və Levantedə islam dövləti” radikal islamçı qruplaşması tərəfindən ələ keçirilib. Yerli sakinlərin məlumatına görə, islamçılar şəhərdə həbslər həyata keçirir və nəzarət-buraxılış məntəqələri yaradır. 

Xatırladaq ki, öncələr də qeyd edildiyi kimi Suriyada Əsəd hakimiyyətinə qarşı vuruşanların 80, 90 faizi terroristlərdən ibarətdir.

“Biz bu xəbərlərdən və ekstremistlərin dinc sakinlərə hücumları barədə məlumatlardan narahatlıq hissi keçiririk. Biz Suriya müxalifətinin Ali Hərbi Şurası ilə təmasdayıq və vəziyyətə diqqət yetirməkdə davam edirik”, deyə Harf qeyd edib.   
 
Aazaz Hələb şəhərindən 30 km şimalda yerləşir.


Story Code: 303524

News Link :
https://www.islamtimes.org/az/news/303524/suriya-müxalifəti-bir-birini-qırır

Islam Times
  https://www.islamtimes.org