0
Thursday 19 September 2013 - 22:13

Ağ Ev: Obama İran ilə diplomatik danışıqlara hazırdır

Story Code : 303754
Ağ Ev: Obama İran ilə diplomatik danışıqlara hazırdır
Ağ Ev: Obama İran ilə diplomatik danışıqlara hazırdır
Islam times.org/az/ - Ağ Evin bildirdiyinə əsasən prezident Barak Obama İran nüvə proqramı məsələsi üzərində İran ilə diplomatik seçimin hələ də mövcud olduğunu demişdir.

Röyters Ağ Evin sözçüsü Cey Karneyə istinad edərək deyib: “Obama İran prezidenti Həsən Ruhani ilə məktublaşan zaman deyib ki, Vaşinqton nüvə məsələsini İran ilə diplomatik yol ilə həll etməyə hazırdır.”


Karney deyib: “Prezident məktubunda deyib ki, ABŞ nüvə məsələsini elə bir yolla həll etməyə hazırdır ki, İran nüvə enerji proqramının dinc xarakter daşıdığını nümayiş etdirsin.”
O deyib: “Məktubda həmçinin bu məsələnin tez bir zamanda həll edilməsinin mühümlüyü önə çəkilir, çünki məsələni diplomatik yol ilə həll etmək qapısı hələ açıqdır, ancaq bu uzun müddət açıq qala bilməz.”

Obama ilk dəfə olaraq şənbə günü ABC telekanalına müsahibəsi zamanı açıq şəkildə Ruhani ilə məktublaşdığını demiş və hər iki tərəfin nüvə məsələsi üzərində qəti bir qərara gələcəkləri haqqında ümidvar olduğunu bildirmişdir.

Çərşənbə axşamı günü İspan dilli Telemundo kanalı ilə müsahibə zamanı prezident Obama deyib: “İranın yeni prezidenti olan Ruhaninin Qərb və ABŞ ilə keçmişdə görünməyən bir tərzdə dialoqa açıq olan bir şəxs olduğu görünür.”

Çərşənbə axşamı günü İran xarici işlər nazirliyinin sözçüsü Mərziyyə Əfxam həmçinin məktublaşmanın mövcud olduğunu təsdiq etmiş və demişdir ki, Obama məktubda Ruahninin İranın prezidenti seçilməsi münasibəti ilə təbrik etmişdir. O həmçinin deyib ki, Ruhani məktuba cavab olaraq Obamaya mesajını görə təşəkkür etmiş və bir sıra fikirlərini çatdırmışdır.

Gələn həftə həm Obama, həm də Ruhani BMT Baş Assambleyasında iştirak etmək üçün Nyu York şəhərində olacaqlar.
Source : Islamtimes
Comment