0
Friday 20 September 2013 - 23:24

Siyasi analitik: ABŞ və İsrail İranın texnoloji nailiyyətlərindən narahatdır

Story Code : 303758
Siyasi analitik: ABŞ və İsrail İranın texnoloji nailiyyətlərindən narahatdır
Siyasi analitik: ABŞ və İsrail İranın texnoloji nailiyyətlərindən narahatdır
Press TV-yə müsahibə verən Aypara və Qırmızı Xaç hərəkatının üzvü Mark Glen deyib ki, Vaşinqton və Tel Əviv rejimi İranın nüvə məsələsindən bəhanə kimi istifadə edərək İslam Respublikasına qarşı qeyri qanuni sanksiyaları davam etdirirlər.

Analitik deyib: “Qərb və məxsusən də İsrail Yaxın Şərq ölkəsi olan İranın, özü də İslami dövlətin texnoloji cəhətdən müstəqil olaraq öz sənayesini qurmasına tab gətirə bilməzlər.”

Glenn ABŞ və İsrailin narahatçılığının İranın Yaxın Şərq ölkələri üçün hazır məhsul istehsal edən istehlakçıya çevrilməsindən olduğunu demiş və bildirmişdir ki, onlar sanksiyaları tətbiq etməklə əmin olmaq istəyirlər ki, İran texnalogiya və sanəye sahəsində Qərb ilə rəqabətə girməsin.
O həmçinin İranın inkişafının “təəccübləndirici” olduğunu demiş və bildirmişdir ki, məhz bu məsələdir ki, İsrail baş naziri Benyamin Netanyahu kimi insanları gecələr oyaq saxlayır.

Çərşənbə axşamı günü İslam İnqilabının Rəhbəri Ayətullah Seyyid Əli Xameni bir daha İran xalqının inanclarına dayanaraq nüvə silahının istehsalının qadağan olduğunu bildirmiş və demişdir ki, çox az dövlətlər nüvə enerjisi üzərində inhisar yaratmaq istəmirlər, ancaq bu dövlətlər öz niyyətlərini açıq şəkildə bəyan etmirlər.

ABŞ, İsrail və onların bəzi müttəfiqləri dəfələrlə İranın nüvə enerji proqramından hərbi məqsəd üçün istifadə etmək ittihamı ilə hərbi müdaxilədə təhdid etmiş və qeyri qanuni sanksiyalar tətbiq etmişdilər.
Source : Islamtimes
Comment