0
Saturday 21 September 2013 - 00:20

“İTV-də baş verənlər hakimiyyətin əxlaqını ortaya qoydu”

Story Code : 303768
“İTV-də baş verənlər hakimiyyətin əxlaqını ortaya qoydu”
“İTV-də baş verənlər hakimiyyətin əxlaqını ortaya qoydu”
Tanınmış hüquqşunas İntiqam Əliyev İctimai Televiziyada prezidentliyə namizədlərin debatı zamanı baş verənlərə münasibət bildirərək Cəmil Həsənliyə dəstəyini nümayiş etdirib:

Ağırdır. Amma hər gün bundan qat-qat ağır söyüşləri eşitməli oluruq, tüpürcəkləri udmalı oluruq. Tofiq Yaqublunun, İlqar Məmmədovun, Əvəz Zeynallının, NİDA-çıların və saxta ittihamlarla həbsxanalara atılan günahsız insanların orda yatdığı hər gün İTV-də eşitdiyimiz o söyüşlərdən qat-qat ağır təhqirdir.

Ölkənin sərvətlərinin bir tayfanın cibinə axması, bir ailənin var-dövlətinin bütöv bir ölkənin büdcəsini bir neçə dəfə üstələməsi o namizədlərin dilindən səslənən söyüşlərdən minqat təhqiramizdir.

Elmar Hüseynovun, ordudada öldürülən əsgərlərimizin qanının batırılması İTV-də səslənən o söyüşlərdən azmı ağırdır, azmı təhqiramizdir.

Hakimiyyətin dədə malı kimi atadan oğula ötürülməsi, ölkədə son 20 ildə keçirilən istisnasız bütün seçkilərin saxtalaşdırılması, müəlliminə, həkiminə 100-150 manat əmək haqqı verən hakimiyyətin gül bayramlarına, rallilərə, heykəllərə, ördəklərə milyonlarları dağıtması qədər ağır söyüş ola bilməz millət üçün, o masada bu gün eşitdiklərimiz, gördüklərimiz.

İTV-də baş verənlər ölkədəki durumun nə qədər acınacaqlı olduğunu, hakimiyyətin mahiyyətini, əxlaqını ortaya qoydu bir daha. İctimai adını daşıyan üfunət bataqlığının əyri masasından səslənən utanc gətirən o çıxışları da, o söyüşləri də bu hakimiyyitin ayağına və ünvanına yazmaq gərək. O söyüşləri eşitmək istəmiriksə, ondan yaxa qurtarmaq gərək.(azadlıq)
Source : Azadliq
Comment